resim Sinop Üniversitesi


Universitetimiz

Universitetimiz, 2007-ci ildə Türkiyənin təbii, tarixi və mədəni varlıqlarilə adəta şimalında işıldayan ulduzu mövqeyində olan Sinop şəhərində qurulmuşdur. Əsli vəzifəsi olan tədris və araştırma fəaliyyətlərini 6 Fakültə (Su Məhsulları Fakültəsi, Fənn-Ədəbiyyat Fakültəsi, Pedaqoji Fakültə, Boyabat İqtisadi və İdarəetmə Elmləri Fakültəsi, İlahiyyət Fakültəsi, Mühəndislik və Memarlıq Fakültəsi), 2 Kollec (Sağlıq Kolleci, Turizm İdarəetməsi və Otelcilik Kolleci), 2 İnstitut (Texniki Fənn Elmləri İnstitutu, Sosial (humanitar) Elmlər İnstitutu) 5 Peşə Kolleci (Boyabat Peşə Kolleci, Peşə Kolleci, Ayancık Peşə Kolleci, Gerze Peşə Kolleci və Sağlıq Xidmətləri Peşə Kolleci) və 5 Tətbiqi Araşdırma Mərkəzindən (Uşaq Təhsili Araşdırma və Tətbiqi Mərkəzi, Daimi Tədris Tətbiq və Araşdırma Mərkəzi, Elm və Texnalogiya Araşdırmaları və Tətbiqi Araşdırma Mərkəzi, Məktəbəqədər Təhsil Tətbiqi və Araşdırma Mərkəzi, Enerji Tətbiqi və Araşdırma Mərkəzi) ibarət 20 ayrı şöbəsində, 2013-2014 akademik ili etibarilə, bakalavr, magistratura, və doktorantura səviyyəsində toplam 5261 tələbəsi ilə davam etdirməkdədir.

Sözü gedən fəaliyyətlər çərçivəsində, elmi araşdırma və ictimai xidmət fəaliyyətlərini qlobal standartlarda davam etdirərək millətimizin və insanlığın sosial, mədəni, iqtisadi, elmi və texnoloji inkişafı üçün biliyə nail olması, bilik yaratmağı və onu tətbiq etməyi və bu biliklərlə təchiz olunmuş şəxsiyyətlər yetişdirməyi amal edinmişdir. Bu mənada bir universitetin əsli missiyasının var olan biliyin başa düşülməsinin təmin edilməsilə birgə, biliklərin yaradılmasıyla həyata keçirilməsi olduğunu da şərtsiz qəbul edər. Elmi fəaliyyətlərin rahatca həyata keçirildiyi, yeni istedadların meydana çıxmasının təşviq edildiyi və tələbələrin özlərini inkişaf etdirdiyi bir şərait yaradır.

Universitetimiz, bünyəsindəki nümayəndələrin, məzunların və ictimaiyətin hər seqmentindən insanların inkişafı üçün yaşam boyu təhsili yayır və elmi inkişaf əsasında yenilədiyi bilikləri ötürür. Tələbələrin insani və əxlaqi dəyərlərə sahib və bunlara hörmət, liderlik qabiliyyəti ilə təchiz olunmuş, geniş baxışlı, daima öyrənmə və özünü yeniləmə vərdişi əldə etmiş şəxsiyyətlər olaraq cəmiyyətə qazandırmağı məqsədləyir. Tələbələrin maddi çətinliklər səbəbilə ali təhsildən məhrum qalmaması və təhsilini davam etdirə bilməsi üçün lazım olan dəstəyin verilməsini özünə vəzifə bilir. Funksiylarını, cəmiyyətin hər seqmentinə faydalı olmaq məqsədilə, ətrafiyla yaxın əlaqə içərisində davam etdirməyi arzulayır.

Sürətli dəyişimə və qloballaşmağa uyğunlaşma üçün bütün müəllimləri, şöbələrini və idarəçilərini gələcək ilə əlaqəli plan, konkret strategiyalar hazırlamağa və bu strategiyalarını həyata keçirmə yolunda addımlar atmağa təşviq edir. Bu məqsədlə biliyə əsaslanan, vəzifə və məsuliyətlərin akademik şöbələrə paylandığı, demokratik, dinamik, şəffaf bir idarəetmə sistemini mənimsəyir

Hər şeydən əvvəl Universitetimiz, insanlara hörməti və xoşgörünü əsas alır.



sinop

adresAdres: Korucuk Köyü Trafo Mahallesi No:36 57000-SİNOP
telTelefon: 0(368) 271 57 57
postae-Posta:
posta
Copyright © | T.C. Sinop Üniversitesi | Tüm Hakları Saklıdır | 2015 |